Xəzər Xəbər

Düşmən vəhşiliyi davam edir - Bərdədə 21 nəfər öldü, 70 nəfər yaralandı - VİDEO

Veb TV | 21:33 • 28 Oktyabr 2020
Düşmən vəhşiliyi davam edir -

Təssüf ki, bu gün xain ermənilərin Bərdədə törətdiyi ikinci terror nəticəsində 21 nəfər dünyasını dəyişdi. 70-ə yaxın da yaralı var. Gəlin ilk olaraq Bərdədə baş verənlərə nəzər salaq. 20 saat ərzində bu şəhərdə ikinci terrorunu həyata keçirən düşmənin nə qədər zalım, insanlıqdan uzaq olduğunu bir daha görək.


Düşmən vəhşiliyi davam edir. Ermənilər bir sutka keçməmiş Bərdədə yenidən terror törətdi.


Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirdi.


Ermənilərin törətdiyi növbəti terror nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb.bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb. Bərdə Olimpiya İdman Kompleksi də atılan raketlərdən ziyan görüb.


Baş Prokurorluqdan verilən məlumata görə, Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.


Xəbər lenti