Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərə su çəkilir VİDEO

Veb TV | 19:18 • 27 Oktyabr 2020
İşğaldan azad olunmuş ərazilərə su çəkilir

İşğaldan azad olunmuş torpaqlarımızda subartezian quyularının bərpasına başlanıb. Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən məlumata görə mərhələli şəkildə həmin ərazilərdə bütün su təsərrüfatı obyektləri yenidən təmir-bərpa olunacaq. Bu isə aqrar sahənin daha da canlanmasına səbəb olacaq.

İşğaldan azad olunan ərazilərimizdə yerləşən subartezian quyularının bərpasına başlanıb

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmisi Dilqəm Şərifov bildirib ki, artıq Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusu təmir-bərpa edilib.

Dilqəm Şərifov qeyd edib ki, subartezian quyusu vasitəsilə təxminən 3 - 4 hektar ərazinin su ilə təmin edir.

Dilqəm Şərifov vurğulayıb ki, subartezian quyularının istifadəyə verilməsi ilə gələcəkdə işğaldan azad edilmiş torpaqlarımızda əkin prosesinin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə şərait yaradacaq .

Xəbər lenti