Xəzər Xəbər

Ermənilərin Gəncəyə raket zərbəsindən ağır yaralanmış məktəbli beş gündür komadadır - VİDEO

Veb TV | 21:19 • 22 Oktyabr 2020
 Ermənilərin Gəncəyə raket zərbəsindən ağır yaralanmış məktəbli beş gündür komadadır  -

Ermənistan ordusunun Gəncəyə son ballistik raket zərbəsindən 5 gün keçir. Ancaq partlayış zamanı ağır xəsarətlər alan 13 yaşlı Artur Maykov hələ də gözlərini açmayıb.

Xezerxeber.az-ın məlumatına görə, atası azərbaycanlı, anası isə rus olan Artur uzun müddətdir ki, yaxın qohumlarının himayəsində yaşayırdı. Atasının ölümündən sonra ona nənəsi və bibisi sahib çıxıb.

Ailə çarəsizlik içində onlara əmanət olan yeniyetmənin sağalması üçün dua edir.

İndi evlərin dağıntıları arasında dolaşan Arturun dostları həm onun üçün üzülür, həm də düşmən vəhşiliyinin izlərini nifrətlə seyr edirlər.

Bibisi erməni vəhşiliyindən əziyyət çəkən qardaşı oğlunun komadan ayılacağı və sağalaraq yenidən ailə üzvlərinə qarışacağı günü böyük ümidlə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti