Xəzər Xəbər

Bavariya" və "Atalanta"dan darmadağın, "İnter"dən heç-heçə

İdman | 09:05 • 22 Oktyabr 2020
Bavariya" və "Atalanta"dan darmadağın, "İnter"dən heç-heçə

UEFA Çempionlar Liqasında ilk turun son oyunları keçirilib.

A qrupunda "Zaltsburq" Avstriyada Rusiya "Lokomotiv"inə qalib gələ bilməyib - 2:2. Əvəzində turnirin son qalibi "Bavariya" Almaniyada İspaniya "Atletiko"sunu darmadağın edib - 4:0.

B qrupunda hər iki matçın nəticəsi gözlənilməz olub. "Real Madrid" İspaniyada Ukrayna "Şaxtyor"una 2:3 hesabı ilə uduzub. "İnter" isə İtaliyada Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasına məğlubiyyətdən son anda qurtulub - 2:2.

C qrupunda "Mançester Siti" İngiltərədə Portuqaliya "Portu"su üzərində inamlı qələbə qazanıb - 3:1. "Olimpiakos" isə Yunanıstanda Fransa "Marsel"inə minimal hesabla qalib gəlib - 1:0.

Nəhayət, D qrupunda "Ayaks" Niderlandda İngiltərə "Liverpul"una avtoqolla uduzub - 0:1. "Midtüllann"ı isə Danimarkada İtaliya "Atalanta"sı darmadağın edib - 4:0.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

21 oktyabr

A qrupu
20:55. "Zalstburq” (Avstriya) – "Lokomotiv” (Moskva, Rusiya) - 2:2

Qollar: Dominik Saboslai, 45. Zlatko Yunuzoviç, 50 - Eder, 19. Vitali Lisakoviç, 75

23:00. "Bavariya” (Almaniya) – "Atletiko” (İspaniya) - 4:0

Qollar: Kinqsli Koman, 28; 72. Leon Qoretska, 41. Korenten Tolisso, 66

B qrupu
20:55. "Real Madrid” (İspaniya) – "Şaxtyor” (Donetsk, Ukrayna) - 2:3

Qollar: Luka Modriç, 54. Junior Vinisius, 59 - Tete, 29. Rafael Varan, 33 (öz qapısına). Manor Solomon, 42

23:00. "İnter” (İtaliya) – "Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:2

Qollar: Romelu Lukaku, 49; 90 - Rami Bensebaini, 63 (pen.). Yonas Hofmann, 84

C qrupu
23:00. "Mançester Siti” (İngiltərə) – "Portu” (Portuqaliya) - 3:1

Qollar: Serxio Aqüero, 21 (pen.). İlkay Gündoğan, 65. Ferran Torres, 73 - Luis Dias, 14

23:00. "Olimpiakos” (Yunanıstan) – "Marsel” (Fransa) - 1:0

Qol: Ahmed Hassan, 90+1

D qrupu
23:00. "Ayaks” (Niderland) – "Liverpul” (İngiltərə) - 0:1

Qol: Nikolas Talyafiko, 35 (öz qapısına)

23:00. "Midtüllann” (Danimarka) – "Atalanta” (İtaliya) - 0:4

Qollar: Duvan Zapata, 26. Alexandro Qomes, 36. Luis Muryel, 42. Aleksey Mirançuk, 89

Xəbər lenti