Xəzər Xəbər

Prezident: Ağıllarını itiriblər, heç kim onları tanımayacaq

Gündəm | 15:03 • 20 Oktyabr 2020
Prezident:

"Heç kim qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanıtsınlar. Ağıllarını itiriblər. Başa düşmürlər ki, heç kim bunu etməyəcək. Başa düşmürlər ki, bunu edən hər bir ölkə Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Onlar ağıllarını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxındır gözləmişik”, - Prezident vurğulayıb.

Xəbər lenti