Xəzər Xəbər

Düşmən hərbi avtomobilləri döyüş bölgəsində qoyub qaçır VİDEO

Veb TV | 22:24 • 1 Oktyabr 2020
Düşmən hərbi avtomobilləri döyüş bölgəsində qoyub qaçır

Azərbaycan ordusu bir neçə gündür ki, düşmənə sarsıdıcı zərbələr endirir. Onların müdafiə istehkamlarını məhv edir. Bununla bağlı kifayət qədər videogörüntülər təqdim etmişik. Azərbaycan ordusu qarşısında aciz qalan Ermənistan hərbçiləri texnikaları və silah-sursatı döyüş meydanında qoyaraq qaçırlar. Bu gün Füzuli və Goranboy istiqamətində düşmənə məxsus hərbi maşın və xeyli silah-sursat ələ keçirilib.




9 URAL və müxtəlif təyinatlı silah-sursatlar. Aciz düşmən Azərbaycan əsgəri qarşısında tap gətirməyərək döyüş meydanından qaçır, bu, azmış kimi hərbi texnikanı qoyub gedir.



Bütün bunların hamısı Goranboy istiqamətində gedən döyüşlər zamanı düşmənin qorxaraq elə döyüş meydanında qoyub getdiklərinin bir qismidir.



Hərbçilərimiz bildirirlər ki, belə texnikaların sayı çoxdur. Xüsusilə zirehli texnika hələ də döyüş meydanındadır. Bütün bunlar hissə-hissə arxa cəbhəyə gətirilir.



Bu görüntülər isə Füzulidəndir. Ermənistan ordusunun döyüş meydanında qoyub qaçdığı hərbi texnikaların bir qismi ələ keçirilib. Bu URAL düşmən tərəfindən tərk edilmiş hərbi texnikalardan sadəcə biridir..


Xəbər lenti