Xəzər Xəbər

Onlar hərbçilərdən sadəcə bir addım geridədirlər VİDEO

Veb TV | 20:55 • 30 Sentyabr 2020
Onlar hərbçilərdən sadəcə bir addım geridədirlər

Cəbhə xəttinə yaxın ərazilərdə polis və təcili tibbi yardım əməkdaşları da xidmətdədir. Onlar da gecə-gündüz demədən vətəndaşların yanındadırlar və öz işlərini icra edirlər.

 

 

 

Ordumuz ön cəbhədə döyüş apararkən polislər və təcili tibbi yardım əməkdaşları onlardan bir addım arxada vətəndaşların xidmətindədir.

 

 

 

Goranboyun atışma nöqtəsinə ən yaxın kəndi olan Tapqaraqoyunluya təhkim olunmuş polis əməkdaşları gecə-gündüz xidməti ərazilərindədirlər.

 

 

 

Polis əməkdaşları bu ərazilərdə insanların hüquq və azadlıqlarını təmin edirlər. İctimai asayişin qorunması və media əməkdaşlarının cəbhəboyu ərazilərdə təhlükəsiz şəraitdə fəaliyyətlərini davam etdirmələri üçün xidmət aparırlar.

 

 

Polislə yanaşı, təcili tibbi yardım əməkdaşları da iş başındadırlar. Onlar gecə-gündüz demədən xidmətlərini davam etdirirlər. Ən əsası isə vətəndaşlar da onların işinə yüksək qiymət verirlər.

 

 

Vətəndaşların təhlükəsizliyini təmin edən polislər və tibbi xidmət göstərən həkimlərimiz də bütün ləvazimatlarla təmin olunublar.

Xəbər lenti