Xəzər Xəbər

Milli Məclis sədri 88 ölkəyə məktub göndərib VİDEO

Veb TV | 20:41 • 30 Sentyabr 2020
Milli Məclis sədri 88 ölkəyə məktub göndərib

Milli Məclis cəbhədə Ermənistanın təxribatı ilə bağlı 88 ölkəyə rəsmi məktublar ünvanlayıb. Bunu parlamentin payız sessiyasının ilk plenar iclasında Milli Məclisin spikeri Sahibə Qafarova deyib. Payız sessiyasının iş planına 14 məsələ daxil edilib.

Milli Məclisin payız sessiyasının ilk plenar iclası parlamentin spikeri Sahibə Qafarovanın giriş nitqi ilə başladı. Xanım spiker Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün parlamentin lazımi addımları atdığını vurğulayıb.

Millət vəkili Qüdrət Həsənquliyev isə BMT Təhlükəsizlik Şurasının hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırışında Ermənistana təzyiqlə bağlı bir cümlənin belə olmamasının təəssüf doğurduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan belə bəyanatlara önəm verməməli və başlanan işi sona çatdırmalıdır.

Millət vəkili Sahib Alıyev isə müharibənin getdiyi bir vaxtda informasiya təhlükəsizliyi və sosial şəbəkələrin tənzimlənməsinin önəminə diqqət çəkib.

Parlamentin Mədəniyyat Komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, hazırda hərbi dərslərə önəm verilməsinə böyük ehtiyac var.

Onu da qeyd edək ki, parlamentin payız sessiyasının iş planına 14 məsələ daxil edilib.

Xəbər lenti