Xəzər Xəbər

Onlar torpaqlarımızın tam azad olunacağına əmindilər VİDEO

Veb TV | 20:15 • 30 Sentyabr 2020
Onlar torpaqlarımızın tam azad olunacağına əmindilər

Azərbaycan ordusunun cəbhə xəttində uğurlu əks-hücum əməliyyatı Sumqayıtda yaşayan məcburı köçkünlərdə də böyük inam yaradıb. Uzun illərdir doğma torpaqlarından uzaq düşən sakinlər yüksək əhval-ruhiyyə içindədirlər. Onlar rəşadətli ordumuzun işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcəyi günün uzaqda olmadığına inanırlar.

 

Uzun illərdir doğma el-oba həsrəti ilə Sumqayıt şəhərində yaşayan məcburi köçkünlər son günlər cəbhə xəttindən gələn xəbərlərdən qürur hissi keçirirlər. Onlar yaxın zamanda ordumuzun daha böyük zəfərlərə imza atacağına əmindirlər.

 

Məcburi köçkün şəhərciyində yaşayan, əslən Füzuli rayonundan olan şəhid anası Şükufə İmanova deyir ki, oğlu Elman Quliyevi 1992-ci ildə Vətənimizin müdafiəsi uğrunda şəhid olub. Hazırda ordumuzun cəbhə bölgəsində düşmənə sarsıdıcı zərbələr endirməsi şəhid anasını qürurlandırır.

 

Məcburi köçkünlər Azərbaycan ordusunun gücünə inanır. Uzun illərdi məcburi köçkün həyatı yaşayan sakinlər gec-tez öz doğma yurd-yuvalarına qaydacaqları günü gözləyirlər.

 

Məcburi köçkünlər əminliklə bildirirlər ki, Ermənistan Silahlı bölmələrinin bütün xain hücumlarının qarşısı qətiyyətlə alınır və düşmən ordumuz tərəfindən susdurulur.

 

 

Xəbər lenti