Xəzər Xəbər

Hərbi vəzifəlilər böyük coşqu ilə cəbhəyə yola salınıblar VİDEO

Veb TV | 19:38 • 30 Sentyabr 2020
Hərbi vəzifəlilər böyük coşqu ilə cəbhəyə yola salınıblar

Dövlət başçısının ölkə üzrə qismən səfərbərliklə bağlı sərəncamından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarələrinə axın davam edir. Paytaxt Bakı da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində hərbi vəzifəlilər böyük coşqu ilə cəbhəyə yola salınıblar. Bu arada Müdafiə Nazirliyindən bildiriblər ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.



Əllərində bayraq, ürəklərinə sevinc, gözlərində isə intiqam hissi var.



Prezidentin qismən səfərbərliklə bağlı sərəncamından sonra Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yerli idarə, şöbə və bölmələrinə axın davam edir. Görüntülər paytaxtın Binəqədi rayonundandır. Hərbi vəzifəlilərin cəbhəyə yola salınması prosesi qürurverici anlarla yadda qalıb.


Azərbaycan ordusunun cəbhədə apardığı uğurlu əks-həmlə əməliyyatları çağırışçıları xeyli ruhlandırıb. Gənclər işğalda olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əmin olduqlarını bildiriblər.



Övladlarını cəbhəyə yola salan valideynlər deyirlər ki, azərbaycan ordusu düşməni məhv etmək iqtidarındadır. Onlara endirilən sarsıdıcı zərbələr bunun əyani sübutudur. Bu isə hər kəsdə döyüş əzmini daha da artırıb.


Hərbi vəzifəlilər və könüllü çağırışçılar alqışlar altında xüsusi nəqliyyat vasitələri ilə hərbi hissələrə yola salınıblar.



Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmərinin Sumqayıt şəhər şöbəsinin qarşısında da böyük izdiham yaşanıb. Hərbi vəzifəlilər cəbhəyə yola düşüblər



Bu görüntülər isə Lerikdəndir. Dövlət Xidmətinin yerli şöbəsinə müraciət edənlər vətən uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər.



Lənkəranda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının qarşısında qələbəlik müşahidə olunur.




Tovuzda da hərbi vəzifəlilər böyük coşqu ilə yola salınıblar. Burada da düşmənə göz dağı verəcək anlar yaşanıb.



Qeyd edək ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə döyüşlərdə iştirak etmək üçün müraciət edənlərin sayı durmadan artır.



Xəbər lenti