Xəzər Xəbər

ANAMA əhaliyə müraciət etdi VİDEO

Veb TV | 19:21 • 30 Sentyabr 2020
ANAMA əhaliyə müraciət etdi

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyi - ANAMA Ermənistan silahlı qüvvələrinin atəş altında saxladığı yaşayış məntəqələrimizdə minaların və partlamamış hərbi sursatların təmizlənməsinə başlayıb. Döyüşlərin başladığı gün agentliyin tərkibində operativ qərargah yaradılıb. Qurumun əməkdaşları həm cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatların zərərsizləşdirilməsi, həm də orada yaşayan insanların maarifləndirilməsi istiqamətində işlər aparırlar.



Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla əlaqədər olaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin tərkibində operativ qərargah yaradılıb.



Qurumun xüsusi mobil əməliyyat qrupları tərəfindən təmas xəttində və düşmənin atəş altında saxladığı yaşayış məntəqələrində partlamamış minaların və hərbi sursatların zərərsizləşdirilməsi həyata keçirilir. Hazırda 12 belə qrup cəbhə boyu ərazilərdə əməliyyatları davam etdirir.



Agentliyin tərkibində fəaliyyət göstərən maarifləndirmə qrupları isə döyüş bölgəsinə yaxın ərazilərdə yaşayan insanları partlamamış hərbi sursatlarla davranış qaydaları ilə bağlı məlumatlandırırlar.



Agentlikdən bildirilib ki, torpaqlarımız işğaldan tam azad olunduqdan sonra qurum həmin ərazilərdə də düşmən təxribatlarından qalmış mina və partlamamış hərbi sursatların təmizlənməsinə başlayacaq.


Xəbər lenti