Xəzər Xəbər

İran ərazisindən Ermənistana silah daşınıb? - Rəsmi Tehran iddialara cavab verdi - VİDEO

Veb TV | 19:43 • 30 Sentyabr 2020
İran ərazisindən Ermənistana silah daşınıb? -

Silah və müxtəlif adda hərbi texnikalarınİran ərazisindən Ermənistana daşındığı iddia olunur. Bununla bağlı sosial şəbəkələrdə foto və videolar da yayılıb. Məsələni şərh edən ictimaiyyət nümayəndələribu cürhalların baş verməsinin qonşuluq, dostluq münasibətlərinə, islam həmrəyliyinə zidd bir hərəkət olduğunu bildiriblər. Lakin İran prezident aparatının rəhbəri Mahmud Vaezi isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı ölkəsindən Ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları təkzib edib.

Sosial şəbəkələrdə və bəzi kütəlvi informasiya vasitələrində İran ərazisindən Ermənistana silah və hərbi texnikların daşınması ilə bağlı foto və videolar yayılıb. Görüntülərdə əks olunub ki, İran ərazisindən keçməklə Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

Hətta iddi olunur ki, Azərbaycanın Ermənistanla müharibə etdiyi bir vaxtda bu texnikaların qonşu ölkə ərazisindən daşınmasına etiraz edən İrandakı bəzi azərbaycanlılar həmin maşınların bir neçəsini yandırıblar.

Məsələni şərh edən Azərbaycan -Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, bugünki vəziyyətdə belə halların baş verməsi qonşuluq, dostluq münasibətlərinə, islam həmrəyliyinə zidddir.

Ermənilər Qarabağda hər zaman islami dəyərləri təhqir ediblər. Bu fakta nəinki Azərbaycan, bütün dünya şahid olub. Düşmən ölkə tərəfindən islami dəyələrə bu cür münasibətin göstərilməsi bütün müsəlman ölkələrini narahat etməli,Ermənsitana hər hansı dəstəyin göstərilməsinə şərait yaradılmamalıdır.

Lakin İran prezident aparatının rəhbəri Mahmud Vaezi isə azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı ölkəsindən ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları təkzib edib. İran rəsmisinin sözlərinə görə, bu cür məlumatlar ölkəsi və azərbaycan arasında əlaqələri korlamaq məqsədilə yayımlanır. "heç şübhəsiz tehran və bakı arasındakı strateji, yaxşı və hərtərəfli əlaqələrə bu kimi şayiələrin yayılması təsir etməyəcək və iki ölkənin əlaqələrini korlamaq istəyənlərin hərəkətləri heç bir nəticə verməyəcək" - deyə prezident aparatının rəhbəri vurğulayıb.

Xəbər lenti