Xəzər Xəbər

Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Gündəm | 13:17 • 30 Sentyabr 2020
Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.


Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb.


Layihəyə əsasən, iş planına 14 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:


-Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri.


-Azərbaycan Respublikası Dövlət büdcə Zərfinə daxil olan qanun layihələri.


-Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi.


-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi.


-"Daxili qoşunlar haqqında” qanun layihəsi.


-"Hərbi qulluqçuların statusu” haqqında” qanun layihəsi.


-"Lombardlar haqqında” qanun layihəsi.


-"İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi


-"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi


-"Ali təhsil haqqında” qanun layihəsi.


-"Turizm haqqında” qanun layihəsi.


-"Kinematoqrafiya haqqında” qanun layihəsi.


-"Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi


-"Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri.


Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti