Xəzər Xəbər

Ceyhun Bayramovdan cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA

Gündəm | 11:26 • 28 Sentyabr 2020
Ceyhun Bayramovdan cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA

"Sentyabrın 27-də, səhər saatlarda Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub. Düşmənin açdığı atəş nəticəsində hərbi qulluqçularımız və mülki əhali arasında həlak olan və yaralananlar var idi”.


Bunu Xarici İşlər naziri Ceyhun Bayramov keçirilən brifinqdə bildirib.


O bildirib ki, Azərbaycan Azərbaycan Ordusu düşmənin hücumuna adekvat cavab verib:


"Bu hadisə baş verəndən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib”.


"XİN bununla bağlı rəsmi bəyanat yayıb və beynəlxalq təşkilatlara çatdırıb”, - deyə nazir qeyd edib. 

Xəbər lenti