Xəzər Xəbər

Peşə məktəbini bitirənlər universitetlərə imtahansız qəbul olacaq VİDEO

Veb TV | 19:57 • 26 Sentyabr 2020
Peşə məktəbini bitirənlər universitetlərə imtahansız qəbul olacaq

Nazirlər Kabineti peşə təhsili alan subbakalavrlar ilə bağlı qərara dəyişiklik edib. Söhbət ondan gedir ki, gələn ildən etibarən peşə təhsili almış şəxslər də ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər. Eyni zamanda onların bir təhsil müəssisəsindən digərinə köçürülməsi qaydalarında da dəyişiklik edilib.

Texniki peşə təhsili alanlar da imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcəklər.

Nazirlər Kabinetinin etdiyi dəyişikliyə əsasən, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini, yəni kollecləri bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, subbakalavrların bir təhsil müəssisəsindən digərinə köçürmələri ilə bağlı qərara da dəyişiklik edilib.

Hər iki dəyişikliyin 2021-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur.

Xəbər lenti