Xəzər Xəbər

Ağsuda dəhşətli qəza: sürücünün başı bədənindən ayrıldı VİDEO

Veb TV | 19:51 • 26 Sentyabr 2020
Ağsuda dəhşətli qəza: sürücünün başı bədənindən ayrıldı

Ağsuda avtomobilin yoldan çıxaraq aşması ölümə səbəb olub.sürücü hadisə yerində ölüb. Goranboyda da ölümlə nəticələnən qəza baş verib. Avtomagistralın goranboydan keçən hissəsində sahibsiz halda magistrala çıxan qoyun sürüsü qəzaya səbəb olub. Baş verən qəzada 50-dən çox heyvan tələf olub.

 

 

Ağsuda ölümlə nəticələnən ağır yol qəzası baş verib. hadisə rayonun Çaparlı kəndindən keçən hissəsində qeydə alınıb.

 

 

Avtomaşının sürücüsü 47 yaşlı İsmayıllı rayon sakini Qərib Şirinov həmin yolda hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.Qəza zamanı sürücünün başı bədənindən qopub. Hadisə yerinə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

 

 

Goranboyda da ölümlə nəticələnən qəza baş verib. Hadisə Goran-Qızılhacılı yolunun rayonun Balakürd kəndindən keçən hissəsində baş verib. Minik maşını yüklə dolu "Kamaz"-la toqquşub. Qəza nəticəsində minik maşının sürücüsü Fariz Nəbiyev hadisə yerində dünyasını dəyişib.

 

 

Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində isə yük avtomobil sürüyə çırpılıb, 50- qoyun tələf olub.

 

 

Qəfil yola çıxan xırdabuynuzluları əvvəlcə yük maşını vurub. Ardından mikroavtobus sürüyə çırpılıb. Qoyunların yolda qalan cəsədinə çırpılmamaq üçün sürətini azaldan minik maşınını isə arxadan gələn yük maşını vurub.

 

 

 

Baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasada avtomobillərə ciddi ziyan görüb.

 

 

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti