Xəzər Xəbər

Arvadını borca görə girov qoydu: pulu qaytardı, amma arvad qayıtmadı! - VİDEO

Veb TV | 15:52 • 26 Sentyabr 2020
Arvadını borca görə girov qoydu:

Afrikanın Zimbabve ölkəsində görünməyən hadisə baş verib.



Antoni Kabanda adlı şəxs bacanağı Daniel Makisatidən övladlarının xərclərini ödəmək üçün borc pul alıb.


Kabanda arvadı Tafadza Maturanı aldığı pulu qaytarana qədər girov olaraq verib. Bir müddət sonra borclarını ödəməsinə baxmayaraq, arvadı Danielin daha yaxşı bir adam olduğunu, ona daha çox dəyər verdiyini və onunla daha xoşbəxt olduğunu bildirərək ərinə geri qayıtmaqdan imtina edib.




Tafadza televiziyaya danışarkən Danielin ona böyük qayğı göstərdiyini və ömrünün qalan hissəsini onunla keçirmək istədiyini söyləyib.


Arvadının qərarından təəccüblənən ər məsələni yaşadığı kəndin böyüklərinə çatdıracagını bildirib.


Qeyd edək ki, Daniel Anthoninin arvadının bacısı ilə evlənib, lakin həyat yoldaşı öldükdən sonra tək qalıb.



Xəbər lenti