Xəzər Xəbər

Koronavirus vaksini dayanıqlı immun reaksiyası nümayiş etdi

Dünya | 15:00 • 26 Sentyabr 2020
Koronavirus vaksini dayanıqlı immun reaksiyası nümayiş etdi

ABŞ-ın "Johnson & Johnson" şirkətinin istehsal etdiyi koronavirus vaksini kliniki sınaqların birinci və ikinci mərhələlərində dayanıqlı immun reaksiyası nümayiş etdirib.


Sınaqlarda iki qrup üzrə 800 nəfər iştirak edib. Birinci qrupda 18-55 yaş arası, ikinci qrupda isə 65 yaşdan yuxarı şəxslər iştirak edib.


Mütəxəssislər müəyyən edib ki, peyvəndləmədən 29 gün sonra sınaqların iştirakçılarının 99 faizində koronavirusa qarşı antihissəciklər formalaşıb. Bu nəticələr hələlik ilkin xarakter daşıyır.


Qeyd edək ki, "Johnson & Johnson" bu həftə vaksin sınaqlarının üçüncü mərhələsinə başlayıb.

Xəbər lenti