Xəzər Xəbər

“Azəriqaz” əhali üçün yenilik hazırlayır

Cəmiyyət | 13:01 • 25 Sentyabr 2020
“Azəriqaz” əhali üçün yenilik hazırlayır

"Azəriqaz” abonentlərinə göstərilən müştəri xidmətlərinin elektron sistemi yaradılacaq. 


Bu barədə "Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, abonentlərə xidmətlərin təqdim olunmasında əldə edilən uğurların davamlı olması üçün daha effektiv yeni iş prosedurlarının təşkilinə zərurət yaranıb.


"Azəriqaz” İB Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilmiş kommunal xidmətlərin inkişafına dair "Strateji yol xəritəsi” üzrə monitorinq və qiymətləndirmənin həyata keçirilməsindən irəli gələrək müştəri xidmətləri sahəsində bəzi yeniliklərin olunmasını nəzərdə tutur.


Hazırda "Azəriqaz” İB "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşlara 21 xidmət növü təqdim edir. Lakin bunun müəyyən hissəsinin birliyin digər strukturları ilə bilavasitə bağlı olması, yəni bəzi sənədlərin işlənilməsini digər şöbələrin əməkdaşları icra etdiyindən vaxt itkisi yaranır, vətəndaş narazı qalır və nəhayət bu da müştəri məmnuniyyətinin azalmasına gətirib çıxarır.


Ona görə də qərara alınıb ki, müraciətlərin təminatı ilkin mərhələdə vahid bir elektron poçt üzərindən, gələcəkdə isə xüsusi internet-portalı üzərindən yeni iş proseduru seçilməklə icra olunsun. Bu sistem işə düşdükdən sonra abonent məlumatlarında dəyişikliklərin edilməsi, borc və ödəniş haqqında arayışların verilməsi, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, smart kartda istifadə olunmayan vəsaitin abonent koduna köçürülməsi və digər əməliyyatların icrasını elektron formada həyata keçirilə bilər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
383 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti