Xəzər Xəbər

Prezident Ermənistana daşınan tonlarla hərbi avadanlıqdan danışdı

Gündəm | 11:13 • 25 Sentyabr 2020
Prezident Ermənistana daşınan tonlarla hərbi avadanlıqdan danışdı

"Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra".


XəzərXəbər xəbər verir ki, bunu dünən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb.


"Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.


Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq".

Xəbər lenti