Xəzər Xəbər

UEFA Super Kubokunun sahibi bəlli oldu VİDEO

Veb TV | 10:24 • 25 Sentyabr 2020
UEFA Super Kubokunun sahibi bəlli oldu

UEFA Super kubokunun qalibi müəyyənləşib.

Titul uğrunda Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi olmuş "Bayern” ilə son Avropa Liqasını qazanan "Sevilya” üz-üzə gəlib.

Budapeştdəki "Ferents Puşkaş” stadionunda keçirilən oyun Münhen klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Bayern” kubokun sahibi olub.

"Bayern" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1
Qollar
: Leon Qoretska, 34, Xavi Martines, 104 - Lukas Okampos, 13 (pen.)

Xəbər lenti