Xəzər Xəbər

Bakı və Abşeronun bəzi ərazilərində ağaclar quruyur - Səbəb nədir? - VİDEO

Veb TV | 19:12 • 24 Sentyabr 2020
Bakı və Abşeronun bəzi ərazilərində ağaclar quruyur -

Bakının və Abşeron yarımadasının bəzi ərazilərində yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur.

Xezerxeber.az-ın məlumatına görə, AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev deyib ki, ağacların məhv olması hallarına daha çox eldar şamlarında rast gəlinir.

Bundan başqa digər iynəyarpaqlılar da var ki, son dövlər onlar da kütləvi şəkildə quruyur.

Ağacların bu cür kütləvi quruması isə səbəbsiz deyil. Çünki qlobal iqlim dəyişikliyi və havaya atılan tullantıların çoxalması müxtəlif xəstəliklərin fəallaşmasına gətirib çıxarıb.

Kütləvi quruma halları Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan və Buzovna qəsəbələrində, eləcə də Nərimanov və Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda qeydə alınıb.

Məsələ ilə bağlı müvafiq dövlət qurumlarının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb. Ağaclardan və torpaq örtüyündən nümunələr götürülərək laboratoriyaya göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti