Xəzər Xəbər

Bu gün Azərbaycanda 7 şagird koronavirusa yoluxub

Cəmiyyət | 18:20 • 23 Sentyabr 2020
 Bu gün Azərbaycanda 7 şagird koronavirusa yoluxub

Ümumi təhsil müəssisələrində sentyabrın 23-də COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumat açıqlanıb.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, bu gün 59 şagirdin, 4 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 7 şagird, 6 nəfər işçi heyət isə koronavirusa yoluxub.


Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib.

Xəbər lenti