Xəzər Xəbər

Toylara icazə verilir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Veb TV | 19:38 • 23 Sentyabr 2020
Toylara icazə verilir? -

Yerli icra orqanları şadlıq evlərinin pandemiya şəraitinə uyğun fəaliyyət imkanları ilə maraqlanmağa başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, şadlıq evlərini işlədən şəxslər deyirlər ki, son günlər yerləşdikləri rayonlar üzrə icra orqanları onlara müraciətlər edirlər. Onlar şadlıq evlərinin zal və tutum sayı ilə maraqlanıblar.

Bu isə həm şadlıq evləri işlədənlərdə, həm də toy etmək istəyənlərdə icazənin veriləcəyi ilə bağlı böyük ümid yaradıb. Artıq şadlıq evləri masa və oturacaqları pandemiyaya uyğun yerləşdiriblər.

Məsələ ilə bağlı yerli icra hakimiyyətləri ilə əlaqə saxladıq. Bildirildi ki, onlara belə bir tapşırıq gəlib. Ancaq toylara icazənin nə zaman veriləcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti