Xəzər Xəbər

Martines "Bayern"dən ayrıldı - keçmiş klubuna qayıtdı

İdman | 15:16 • 23 Sentyabr 2020
Martines "Bayern"dən ayrıldı - keçmiş klubuna qayıtdı

İspaniyalı futbolçu Xavi Martines "Bayern"dən ayrılıb.


 


"Bild" xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirəcək. Təcrübəli futbolçu La Liqada çıxış edən keçmiş klubu "Atletik"lə anlaşıb. Bilbao təmsilçisi Martinesin keçidi üçün 8 milyon avro təzminat ödəyib. Onunla 3 illik müqavilə imzalanıb.


 


Münhen klubu Xavini 2012-ci ildə "Atletik"dən 40 milyon avroya transfer etmişdi.

Xəbər lenti