İngiltərənin "Lids" klubu yeni transferini açıqlayıb.
Premyer Liqa təmsilçisi "Real Sosyedad"ın müdafiəçisi Dieqo Lyorenteni transfer edib. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu keçid üçün "ağlar" 25 milyon avro təzminat ödəyib.
"Real Sosyedad" müqavilə şərtlərinə uyğun olaraq, bu məbləğdən 4 milyon avronu Lyorentenin keçmiş klubu olan "Real Madrid"ə verib.
"Real Sosyedad" ispaniyalı futbolçunu 2017-ci ildə "Real Madrid"dən 7 milyon avroya transfer etmişdi.