Xəzər Xəbər

AKP sözçüsü: “Ermənistana bir daha xəbərdarlıq edirik: Atəşlə oynama!”

Gündəm | 21:05 • 22 Sentyabr 2020
AKP sözçüsü: “Ermənistana bir daha xəbərdarlıq edirik: Atəşlə oynama!”

"Ermənistanın təcavüzkar hücumları nəticəsində daha bir azərbaycanlı şəhid olub. Şəhid olan qardaşımız Elşən Məmmədov Türkiyənin də şəhididir. Buradan Ermənistana bir daha xəbərdarlıq edirik: Atəşlə oynama!”.


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın İdarə Heyətinin növbəti toplantısından sonrakı çıxışında belə deyib.


AKP sözçüsü bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyi pozan, bu regionda gərginlik yaradan Ermənistandır və Türkiyə qeyd-şərtsiz Azərbaycan xalqının yanındadır.

Xəbər lenti