Xəzər Xəbər

Hərbi salamla məşhurlaşan məktəbli generalla görüşüb - VİDEO

Veb TV | 20:17 • 22 Sentyabr 2020
Hərbi salamla məşhurlaşan məktəbli generalla görüşüb -

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbi avtomobil karvanına hərbi salam verən 8 yaşlı Elton Hacızadənin bu hərəkəti diqqətdən kənar qalmayıb.

Xezerxeber.az-ın məlumatına görə, Qazaxın Daş Salahlı kəndində yaşayan balaca vətənpərvər Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib. General ona öz rütbəsində sərhəd qoşunlarının uniformasını və oyuncaq silah hədiyyə edib.

Generalla görüşdə ona və valideyninə gələcəyin sərhədçilərini hazırlayan DSX-nin xüsusi məktəbi barədə məlumat verilib. Eltonun vətənpərvərliyi, Orduya göstərdiyi sayğıya görə valideyninə təşəkkür edilib. Eltonun atası da övladının gələcəkdə hərbçi olmaq istəyini generala çatdırıb.

İndi balaca vətənpərvər dərslərindən sonra sevimli hərbi geyimini də geyib oyuncaq silahlarla həyət-bacada oyunlar oynayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti