Xəzər Xəbər

Bu şəxslərdə koronavirusa qarşı immunitet var

Maraqlı | 16:06 • 22 Sentyabr 2020
Bu şəxslərdə koronavirusa qarşı immunitet var

Danq qızdırması keçirmiş insanlar koronavirusa qarşı immunitet qazanmış ola bilərlər.


XəzərXəbər xəbər verir ki, bu versiyanı Amerika Dyuk Universitetinin professoru Migel Nikolelis irəli sürüb. Alim COVID-19 və qızdırmanın coğrafi bölgə üzrə yayılmasını müqayisə edib. Koronavirus infeksiyası daha az olan və xəstələnmə sayı daha yavaş artan yerlərdə yaşayanların bu il və keçən il danq xəstəliyi ilə qarşılaşdıqları aşkar edilib.


"Bu təəccüblü tapıntı danq flavivirus serotipləri ilə SARS-CoV-2 arasında maraqlı immunoloji çarpaz reaktivlik ehtimalını artırır”, - Nikolelis deyib. O, əvvəlki tədqiqatlarda danq qızdırması ilə COVID-19 antikorları arasında əlaqə olduğunu xatırladıb. Bu təsir müxtəlif patogen ailələrə mənsub olmasına baxmayaraq, iki virus arasındakı immunoloji qarşılıqlı əlaqəni göstərə bilər.


Nikolelis bildirib ki, danq ilə koronavirusun əlaqəsi doğru olduğu təqdirdə danq və ya danq əleyhinə vaksinasiya COVID-19-a qarşı müəyyən dərəcədə qorunma təmin edə bilər.


Danq qızdırması intoksikasiyaya, əzələlərdə və oynaqlarda ağrıya, huşsuzluğa və limfa düyünlərinin şişməsinə səbəb olan kəskin viral xəstəlikdir. Hər il xəstəlikdən 20 minə qədər insan ölür./Publika.az

Xəbər lenti