Xəzər Xəbər

Şübhələri dağıtmaq üçün ölmüş övladı ilə oynadı, sonra uşaq arabası ilə birlikdə basdırdı - VİDEO

Veb TV | 14:52 • 22 Sentyabr 2020
Şübhələri dağıtmaq üçün ölmüş övladı ilə oynadı,

Ana şübhələrdən yayınmaq üçün əvvəlcə ölən körpəsini gəzdirib, sonra isə uşaq arabası ilə birlikdə məzarlıqda dəfn edib.

Dəhşətli hadisə Rusiyanın Serpuxov şəhərində yaşanıb.

REN TV hadisə günü ilə bağlı kadrları yayımlayıb. Videodan görünür ki, binadan əvvəlcəuşaq arabası ilə qadın,ardınca isə nənə çıxır. Onlar özlərini elə göstərirlər ki, guya təmiz hava almaq üçün çıxıblar.

Bir müddət sonra qadın oğlunu uşaq arabası ilə bir yerdə basdırır.

Müstəntiqlər artıq uşağı qəbirdən çıxarıblar. Onun bədənində heç bir görünən zədə aşkarlanmayıb. Uşağın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.

Qadının sözlərinə görə, uşaq bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, körpə nənəsi ilə birlikdə çarpayıda yatıb, səhərisə uşağın nəfəs almadığını görüb.

Müstəntiqlər ananın həkim çağırıb uşağın həyatını xilas etməyə çalışmaq əvəzinə, birbaşa qəbiristanlığa yollanmasının səbəbini araşdırırlar.


Xəbər lenti