Xəzər Xəbər

Koronavirusa görə 4 sinfin fəaliyyəti distant formaya keçirildi

Gündəm | 12:32 • 22 Sentyabr 2020
Koronavirusa görə 4 sinfin fəaliyyəti distant formaya keçirildi

Bakı məktəblərində müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.


Təhsil Nazirliyindən XəzərXəbər-ə bildirilib ki, qeydə alınan yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.


Nazirlik bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Xəbər lenti