Xəzər Xəbər

Ermənistan ordusunun əsgəri fərarilik edib

Hadisə | 12:26 • 22 Sentyabr 2020
Ermənistan ordusunun əsgəri fərarilik edib

Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin 105-ci əlahiddə atıcı alayının hərbi qulluqçusu xidmət şəraitinin dözülməzliyi səbəbindən hərbi hissəni özbaşına tərk edib.


XəzərXəbər erməni KİV-lərinə istinadla xəbər verir ki, Kəlbəcərin Vəngli yaşayış məntəqəsində xidmət edən 1979-cu il təvəllüdlü, 2019-cu ildə müqaviləli hərbi xidmətə başlayan kiçik çavuş Aleksey Avanesyan hərbi hissədəki dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerindən qaçıb.


Fərarilik edən əsgərin tapılaraq geri qaytarılması üçün hərbi polisin və hüquq-mühafizə orqanlarının iştirakı ilə tədbirlər görülür.


Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır./AZƏRTAC

Xəbər lenti