Xəzər Xəbər

Abubakar "Başakşəhər" yolunda

İdman | 11:52 • 22 Sentyabr 2020
Abubakar "Başakşəhər" yolunda

"Başakşəhər" "Portu"nun hücumçusu Vinsent Abubakarı transfer etməyə hazırlaşır.


 

"Əjdahalar"la müqaviləsinə xitam verməyə hazırlaşan kamerunlu futbolçu İstanbul klubundan təklif alıb. O, tibbi müayinədən uğurlu keçsə, müqavilə imzalanacaq.


 


Kamerunlu hücumçu dizindən aldığı ağır zədəyə görə son 2 mövsüm keçirdiyi 21 oyunda 6 qol vurub. Abubakar 2016/17 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edib. 28 yaşlı futbolçu İstanbul təmsilçisinin Super Liqa çempionu olduğu mövsümdə keçirdiyi 38 qarşılaşmada 19 qol vurub, 4 məhsuldar ötürmə etmişdi.

Xəbər lenti