Xəzər Xəbər

Onu dinləsəydim, indi 5-ci Dünya müharibəsində olardıq - Tramp

Dünya | 11:41 • 22 Sentyabr 2020
Onu dinləsəydim, indi 5-ci Dünya müharibəsində olardıq - Tramp

"Mən bu axmağı dinləsəydim, indi 5-ci Dünya müharibəsində olardıq”.


Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.


Ohayo ştatının Dayton şəhərində seçki kampaniyası çərçivəsində seçicilərinə xitab edən Tramp sabiq Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ünvanına sərt ifadələr işlədib.


Demokratların prezidentliyə namizədi Co Bayden haqqında da danışan ABŞ lideri onun seçkilərdə qalib gələcəyi təqdirdə, tarixin ən pis namizədinə qarşı seçkiləri uduzmuş olacağını qeyd edib.


D.Tramp bu ilin sonu, gələn ilin əvvəllərində koronavirusa qarşı peyvənd əldə edəcəklərini, pandemiyanı gələn il bitirəcəklərini vurğulayıb./Publika.az

Xəbər lenti