Xəzər Xəbər

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Gündəm | 11:04 • 21 Sentyabr 2020
Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.


XəzərXəbər xəbər verir ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı. 


Dövlət İmtahan Mərkəzi Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar üçün 21 sentyabr saat 10:00-dək əlavə vaxt vermişdi.


Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.


Qeyd edək ki, 66380 abituriyent və subbakalavr öz ərizəsini təsdiq edib.

Xəbər lenti