Xəzər Xəbər

Qaret Beylin yeni klubu rəsmən açıqlandı 20 milyon avro...

İdman | 12:22 • 20 Sentyabr 2020
Qaret Beylin yeni klubu rəsmən açıqlandı

"Real"ın futbolçusu Qaret Beylin yeni klubu rəsmən açıqlanıb.


XəzərXəbər xəbər verir ki, uelsli ulduz "Tottenhem”ə qayıdıb. Bu barədə İngiltərə klubunu rəsmi saytı məlumat yayıb. Beyl bir illik icarəyə götürülüb. Məlumata görə, "Tottenhem" "Real"a 20 milyon avro icarə haqqı ödəyəcək.


Qeyd edək ki, Beyl 2007-2013-cü illərdə "Tottenhem"də çıxış edib və 2013-cü ildə 101 milyon avroya "Real"a transfer olunub.




"Tottenhem" "Real"dan Serxio Regilonu da transfer edib. 23 yaşlı ispan sol cinah müdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. İngiltərə klubu bu transferə görə Madrid təmsilçisinə 30 milyon avro ödəyəcək.


"Real”ın öz yetirməsi olan, Madrid təmsilçisində elə də çox şans qazanmayan futbolçu geridə qalan mövsüm icarə əsasında "Sevilya”da keçirib.


Xəbər lenti