Xəzər Xəbər

Koronavirusa yoluxanların sayı Bolqarıstanda da artır

Dünya | 12:04 • 20 Sentyabr 2020
Koronavirusa yoluxanların sayı Bolqarıstanda da artır

Bolqarıstanda sutka ərzində koronavirusa 189 yeni yoluxma halı baş verib.


Ölkədə COVID-19-a yoluxanların sayı 18 min 733 nəfərə çatıb, 706 nəfər ölüb. Xəstəxanalarda 728 nəfər yerləşdirilib, onların 34-ü reanimasiyadadır.


Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirib və əhalini sanitar normalara riayət etməyə çağırıb./AZƏRTAC

Xəbər lenti