Xəzər Xəbər

Slovakiyada koronavirusa rekord sayda yoluxma halı qeydə alındı

Dünya | 11:58 • 20 Sentyabr 2020
Slovakiyada koronavirusa rekord sayda yoluxma halı qeydə alındı

Slovakiyada pandemiya başlayandan artıq ikinci gündür ki, rekord sayda gündəlik yoluxma halı qeydə alınıb.


Sentyabrın 19-da ölkə üzrə koronavirusa gündəlik yoluxmaların sayı 290 olub. Bir gün öncə isə bu göstərici 235 idi. Slovakiya Səhiyyə İnformasiya Mərkəzinin məlumatına görə, bu, mart ayından bəri ən yüksək göstəricidir və ölkədə virusa yoluxanların sayı 6546 nəfərə çatıb.


Son günlərdə ölkə üzrə 13 məktəb tamamilə bağlanıb, 72 məktəbdə isə infeksiya müəyyən edilən siniflər karantinə alınıb. Təhsil Nazirliyinin məlumatına əsasən, hazırda 6546 şagird karantindədir./AZƏRTAC

Xəbər lenti