Xəzər Xəbər

"Liverpul" portuqaliyalı futbolçunun transferini açıqladı

İdman | 10:43 • 20 Sentyabr 2020
"Liverpul" portuqaliyalı futbolçunun transferini açıqladı

"Liverpul" daha bir transferini açıqlayıb.


 


XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" "Vulverhempton"un vingeri Dioqu Jotanı rənglərinə bağlayıb. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.


 


Mersisaydlılar bu keçid üçün 42 milyon avro təzminat ödəyib. O, yeni komandasında 20 nömrəli formada çıxış edəcək.


 


"Vulverhempton" portuqaliyalı futbolçunu 2018-ci ildə Madrid "Atletiko"sundan 14 milyon avroya transfer edib.

Xəbər lenti