Xəzər Xəbər

Karantinə əməl etməyənlər 22 min manat cərimə ödəməli olacaq

Dünya | 10:14 • 20 Sentyabr 2020
Karantinə əməl etməyənlər 22 min manat cərimə ödəməli olacaq

Böyük Britaniyada yeni qanuna əsasən sentyabrın 28-dən etibarən koronavirus testinin nəticələri müsbət çıxan və ya virusa yoluxmuş şəxslərlə əlaqədə olan insanlar özünütəcrid qaydalarına əməl etmədikdə 10 min funt sterlinq (təxminən 22 min manat) məbləğində cərimə olunacaqlar.


Ölkədə virusa yoluxmada artım baş verdikdən sonra qaydalar yenidən sərtləşdirilib. Virusa yoluxanlar arasında 35 yaşından aşağı olan şəxslər çoxluq təşkil etməyə başlayıb.


Son sutka ərzində Böyük Britaniyada 4422 nəfər koronavirusa yoluxub, onlardan 27 nəfər həyatını itirib.

Xəbər lenti