Xəzər Xəbər

ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi vəfat edib

Dünya | 09:37 • 19 Sentyabr 2020
ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi vəfat edib

ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi Rud Bayder Ginzburq ötən gecə vəfat edib.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə orqanının yaydığı bəyanatda bildirilib.


Qeyd edilib ki, 87 yaşlı hakim Vaşinqtondakı evində dünyasını dəyişib. Onun son bir neçə ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.


Rud Bayder Ginzburq 27 ildən çox idi ki, Ali Məhkəmənin hakimi idi.

Xəbər lenti