Xəzər Xəbər

Rusiya sentyabrın 21-dən 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək

Dünya | 09:13 • 19 Sentyabr 2020
Rusiya sentyabrın 21-dən 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək

Rusiya daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edir.


Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarusla, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.


Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb.

Xəbər lenti