Xəzər Xəbər

Tural Gəncəliyevdən ermənilərə MESAJ VİDEO

Veb TV | 19:41 • 18 Sentyabr 2020
Tural Gəncəliyevdən ermənilərə MESAJ

"Mən düşmənlərimizə mesaj verirəm ki, biz tezliklə öz torpaqlarımıza, öz evlərimizə qayıdacağıq". Bu sözləri Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev 1988-ci ilin bu günündə Xankəndində ermənlərin azərbaycanlılara qarşı törətdiyi kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında bildirib. İcma sədri vurğulayıb ki, həmin gün Xankəndində yaşayanan hadisələr heç zaman unudulmayacaq və ermənilərdən bunun qisası mütləq alınacaq.

 

 

''Ermənistanın təcavüz siyasətinin sona çatdırılmasına az qalıb. Biz həmin terrorçulardan haqq-hesab istəyəcəyik. Ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları güc gətirə bilməyəcək. Haqq bizim tərəfimizdədir''. Bunu dağlıq qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Xankəndindən olan millət vəkili Tural Gəncəliyev 18 sentyabr 1988-ci ildə Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

 

 

 

Tural Gəncəliyev vurğulayıb ki, hələ 1988-ci ilin əvvlərindən ermənilər bu şəhərdə silahlı dəstələr formalaşdıraraq öz məkirli siyasətlərini həyata keçirməyə başlayıblar.

 

 

İcma sədrinin sözlərinə görə həmin dövrdə baş verən hadislər heç vaxt unudulmayacaq və ermənilərdən bunun qisası mütləq alınacaq.

 

 

Eyni zamanda tədbirdə həmin dövrdə Xankəndində yaşayanların xatirələri dinlənilib və tarixi hadisləri özündə əks etdirən qısa sujetlərə baxış keçirilib.

Xəbər lenti