Xəzər Xəbər

Dietoloqdan XƏBƏRDARLIQ: Marmeladı uşaqlara...

Cəmiyyət | 15:09 • 18 Sentyabr 2020
Dietoloqdan XƏBƏRDARLIQ:

Bəzi insanlar meyvə tərkibli olduğundan marmeladı digər şirniyyatlardan daha sağlam hesab edirlər. Lakin deitoloq Filip Kuzmenko, əslində, bunun tamamilə doğru olmadığını deyib.


O, qənnadı məhsullarının böyük əksəriyyətinin istehsalında xeyli miqdarda şəkər istifadə edildiyini bildirib.


"Marmelada hər hansı bir konfet kimi yanaşmalısınız. Konfetin şokoladdan və ya meyvə şəkərindən hazırlanmasının fərqi yoxdur. Uşaqları mümkün qədər şirniyyatdan qorumağı məsləhət görərdim” , -açıqlama verib.



Mütəxəssisin fikrincə, marmeladın kalori miqdarı təxminən üç və ya dörd almaya bərabərdir, lakin tərkibində daha az faydalı element var. Dietoloq uşağa marmelad deyil, həqiqi meyvələr yedirməyi tövsiyə edib./Publika.az


Xəbər lenti