Xəzər Xəbər

Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlanıb

Cəmiyyət | 11:41 • 18 Sentyabr 2020
Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlanıb

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, "102 Zəng Mərkəzi”nə daxil olan məlumat əsasında Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyü və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan 6 nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar.


Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı və müştəriləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.


İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xəbər lenti