Xəzər Xəbər

59 minə yaxın abituriyent ixtisas seçimi edib

Cəmiyyət | 10:33 • 18 Sentyabr 2020
59 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sona yaxınlaşır. 


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, I-V ixtisas qrupları üzrə 59 minə yaxın elektron ərizə təsdiq olunub.


Bu gün saat 10:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə 14627, II ixtisas qrupu üzrə 9862, III ixtisas qrupu üzrə 14554, IV ixtisas qrupları üzrə isə 3604 olmaqla, ümumilikdə 42647 elektron ərizə təsdiq olunub.


V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır və hələlik 16199 ərizə təsdiq olunub. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.

İxtisas seçimi 20 sentyabr saat 23:59-dək davam edəcək. Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar