Xəzər Xəbər

Daha bir TƏHLÜKƏ: Ağcaqanadlar qorxulu xəstəlikləri yaya bilər

Cəmiyyət | 09:48 • 14 Avqust 2020
Daha bir TƏHLÜKƏ:

Alimlər xəbərdarlıq edirlər ki, yaxın onilliklər ərzində ağcaqanadlar vasitəsi ilə yayılan Denge, Çikunqunya, Zika və digər təhlükəli tropik infeksiyaların Cənubi və Şərqi Avropa və Şimali Amerikada yayılma təhlükəsi mövcuddur. Bu da öz növbəsində nadir xəstəliklərin epidemiyalara çevrilməsinə səbəb olacaq. Əsas səbəb isə qlobal istiləşmədir.


XəzərXəbər xəbər verir ki, bu virusların daşıyıcısı əsasən "Aedes aegypti” ağcaqanadıdır. Ağcaqanad insanlarda və heyvanlarda daxili orqanlara ciddi ziyan vuran "Dirofilaria” cinsinin filamentoz qurdlarının sürfələrini daşıyır.


Həşəratların yaşadığı yer Afrika materikidir. Bu gün həmin ağcaqanad bütün tropik bölgələrdə yaşayır, lakin mütəxəssislərin proqnozlarına görə, tezliklə təhlükəli həşərat şimala hücum edəcək. Bununla bağlı hətta, Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Mütəxəssisləri Konqresi də xəbərdarlıq etmişdi.


Artıq avqust ayında Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin mütəxəssisləri Fransanın Yer şəhərində Zika virusuna yoluxma qeydə alıblar.


Ötən il isə Rusiyanın mərkəzi hissəsinə Misirdən və Cənub Şərqi Asiyadan Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olan təhlükəli həşəratlar köç edib. Qeyd olunur ki, cənub bölgələrində müəyyən xəstəliklərin yayılması qeydə alınmışdı. Ağcaqanadların bu ərazilərə gedib çıxmasına əsas faktor qlobal istiləşmədir. / "Report"

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti