Xəzər Xəbər

Dənizdə boğulan iki nəfəri polislər belə xilas etdi

Hadisə | 16:01 • 13 Avqust 2020
Dənizdə boğulan iki nəfəri polislər belə xilas etdi

Əlahiddə Çevik Polis Alayının əməkdaşları Buzovna çimərliyində boğulmaq təhlükəsi ilə üz-üzə qalan spirtli içkinin təsiri altında olan iki nəfərin həyatını xilas edib.


XəzərXəbər-in məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis baş serjantı Tural Orucov, kiçin serjantlar Fuad Əhmədov, Ayxan Hüseynli və Fəqan İbrahimov spirtli içkinin təsiri altında dənizə girərək orada boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfərin həyatını xilas edib.


Belə ki, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşları paytaxt sakinləri Faiq Seyidəhmədov və onu xilas etmək üçün suya atılan Seyidəhməd Vəliəhmədovun boğulmaq təhlükəsi ilə üz-üzə qaldıqlarının şahidi olublar. Dərhal həyatlarını təhlükəyə altına qoyaraq suya atılan polis nəfərləri boğulmaq üzrə olan şəxsləri xilas ediblər. Vaxtında edilən kömək nəticəsində hər iki şəxsin həyatı xilas edilib.


Hadisədən sonra xilas edilən şəxslər və onların yaxınları polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti