Xəzər Xəbər

Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı

İdman | 15:52 • 13 Avqust 2020
Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı

Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 


Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 


İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq. 


Qeyd edək ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb. 

Xəbər lenti