Xəzər Xəbər

Elektron “bilərzik”li məhkumların sayı açıqlandı

Cəmiyyət | 15:40 • 13 Avqust 2020
Elektron “bilərzik”li məhkumların sayı açıqlandı

2020-ci ilin birinci yarısında 4 781 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.


Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.


Cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 652 məhkumdan elektron qolbaqlar çıxarılmışdır.


3 129 nəfər elektron qolbaq tətbiq edilmiş məhkuma  Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi tərəfindən fasiləsiz nəzarət həyata keçirilir.

Xəbər lenti